Əsas Səhifə > Şou-biznes > Bəstəkar Sevinc Ağasıyeva "Nur çələngi"ni təqdim etdi

Bəstəkar Sevinc Ağasıyeva "Nur çələngi"ni təqdim etdi


25-11-2015, 10:44
Bəstəkar Sevinc Ağasıyeva "Nur çələngi"ni təqdim etdi
Bu günədək ancaq mahnılarım ilə tanınan mən, Sevinc Agasiyeva ilk dəfə həmdə bir ifaçı kimi qarşınızdayam. Həyatımda xüsusi bir dönüş yaradan bu musiqi parçası mənim yeni nəfəsim oldu. Heç bir şey musiqi kimi həyatımızda olub keçən hadisələri xatırlada bilməz. Hər bir hadisə həyatımızda bir damladır, o damlalar musiqidə notlara bənzər, hər bir not isə musiqini bizə çatdıran möcüzədir. Həyatımız sakit, coşan, duyğulanan, sevən, inciyən və hətta incidən bir dənizə bənzər. “Nur çələngi” musiqisi sahilə çırpılan dalğaların səsidir, o səs ki hər dinləyicini öz dünyasına, öz dənizinə, öz xatirələrinə aparacaq. Kompozisiyada vokal olmasa da hər biriniz öz ürək döyüntünüzü, öz səsinizi, öz arzularınızı, öz ruh azadlığınızı burada tapacaqsınız.

“Nur çələngi”nə ekran həyatı verən klipin rejissoru Elnur Əliyevə, operatoru Əhməd Xəlilova, montajçısı Nadir Əliyevə, qrafika ustası Vüsal İmanova, kompozisiyanın aranjimançısı Elvin Musayevə və skripka partiyasını ifa edən Əməkdar Artist Səlim Abbasova öz dərin təşəkkürümü bildirirəm.

Sevgilərlə Sevinc Agasiyeva


Geri qayıt