Əsas Səhifə > Şou-biznes > Rafet El Romanın Bakı konsertində dəyişiklik

Rafet El Romanın Bakı konsertində dəyişiklik


20-11-2015, 09:49
Rafet El Romanın Bakı konsertində dəyişiklik
Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinin vaxtı və yeri dəyişdirilib.

Axşam.az-ın məlumatına görə, dekabrın 27-də nəzərdə tutulan konsert 29-da Bakı Əyləncə Mərkəzində keçiriləcək.

Gecənin təşkilatçısı Nahid Emiloğlu əməkdaşımızla söhbətində bunun səbəblərini açıqlayıb:

“Konserti “Elektra Music Hall”da nəzərdə tutmuşduq. Bura klub olduğundan insanlardan etirazlar gəldi. Rafetin konsertinə gəlmək istəyən ailəli cütlüklər çoxdur. Onlar bizə zəng edib, xanımları ilə kluba gələ bilməyəcəklərini deyirdi. Biz də narazıçılıqları nəzərə alıb, belə bir dəyişiklik etdik. Bilet alanlar narahat olmasın. Biletləri "Bakı Əyləncə Mərkəzi"ndə də keçərlidir”.

Türkiyəli ifaçı Bakıya böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək.

Konsertə biletlərin qiyməti 40 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 200 manata nəzərdə tutulub.

Gecəyə bilet əldə etmək istəyənlər (051) 845 00 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Rafet El Romanın Bakı konsertində dəyişiklik

Geri qayıt