Əsas Səhifə > Şou-biznes > Ceyhunun gecikmiş sevgi etirafı

Ceyhunun gecikmiş sevgi etirafı


17-11-2015, 09:22
Ceyhunun gecikmiş sevgi etirafı
“Qala” qrupunun rəhbəri Ceyhun Əliyev 3 il öncə özəl günü üçün yazılan “Dünyamın sabahı” mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin söz və musiqisi ifaçının özünə məxsusdur.

C.Əliyev mahnını həyat yoldaşına toy hədiyyəsi etdiyini bildirib. Amma sənətçinin gecikmiş sevgi etirafı bu gün təqdim olunub:

“Toyda iki mahnı nəzərdə tutulmuşdu. Birini Elçin Cəfərova həvalə etdim, səsləndirdi. İkinci mahnını xanımım üçün özüm oxumalı idim. Toyun bütün yükü çiynimə düşdüyündən, mahnını toy gününə hazırlaya bilmədim. Övladım dünyaya gələndən sonra qərara aldım ki, mahnıya nəfəs verim. Hazırda övladım yaş yarımlıqdır. Nəhayət, arzum gerçək oldu”.

Ceyhun Əliyev repertuar seçiminə həssas yanaşdığını da vurğulayıb:

“Hər mahnı dinləyicini ovsunlaya bilmir. Ona görə də hər zaman dinləyicinin zövqünü nəzərə alıram. Daha vacibi isə sənətkarlarla məsləhətləşirəm. Yeni mahnımı ilk onlara dinlədirəm və fikirlərini öyrəndikdən sonra təqdim edirəm”.



Geri qayıt