Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aparıcı qəza keçirdi

Azərbaycanlı aparıcı qəza keçirdi


13-11-2015, 09:48
Azərbaycanlı aparıcı qəza keçirdi
Türkiyənin TRT kanalının Azərbaycan təmsilçiliyinin əməkdaşı, aparıcı Arzu Umut avtomobil qəzası keçirib.

Axşam.az-ın məlumatına görə, aparıcı hadisənin çəkilişə gedərkən yolda baş verdiyini bildirib:

"Mənim üçün narahat olan dostlarım, doğmalarım və dəyərli izləyicilərim. Yeni layihə ilə bağlı çəkilişlərə neçə vaxt idi start vermişdik. Qəzadan sonra çəkilişlərə ara verdik. Bir neçə gün əvvəl komandamızla çəkilişə gedən vaxt başımıza bu qəza gəldi. Maşında mənimlə yanaşı 2 əməkdaşımız da yüngül bədən xəsarəti aldı. Ən ağır xəsarəti isə mən almışam. Biləyim və barmağım bir neçə yerdən çatlayıb. Allah hər kəsi qorusun... Sükan arxasına əyləşənlər, diqqətli olun. Doğrudan da, ölüm qaşla-göz arasındadır. 3 gecədir ağrılardan yata bilmirəm. Dua edin ki, tez bir zamanda bu sarğılardan və zədə almış barmağımın gipsindən xilas olum. Yarıda qalan yeni layihəmin ilk buraxılışı üçün çəkilişlərə başlayım. Mənəvi dəstəyinizə çox ehtiyacım var”.

Geri qayıt