Əsas Səhifə > Şou-biznes > Nuriyyə Əhmədovanın geyimlərini oğurladığı deyilən aktyor danışdı

Nuriyyə Əhmədovanın geyimlərini oğurladığı deyilən aktyor danışdı


20-10-2015, 09:17
Nuriyyə Əhmədovanın geyimlərini oğurladığı deyilən aktyor danışdı
Xalq artisti Nuriyyə Əhmədovanın bacısı Maya Həsənova aktyor Elşad Yusifovun bacısının geyimlərini oğurladığını iddia edərək, aznews.az-a açıqlama verib.

“Kirayə ev tutmuşduq. Elşad bu ailəyə ağır günündə pislik etdi. Gedib həmin kirayə evə, Nuriyyənin paltarlarını aparıb. Hara aparıb bilmirik, qırğın gedir bu evdə. Nuriyyənin evini yıxan elə Elşad olub. Nuriyyə ona inanıb, ona çox köməkliklər edib, qabağa çəkib”.

O, bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcək: “Mən yasdayam. Nuriyyənin hüzrünə Elşad hörmətsizlik edir. Faiqi (Nuriyyə Əhmədovanın nəvəsi - red.) pis yola çəkir. Faiqi də götürüb özü ilə aparıb, uşaq evə gəlmir. Saxlayacaqdım da. Mənə kimsə ağalıq etməsin, onu prokurorluğa verəcəyəm. Elşad bu ailəyə zülm etdi, vicdansız. Mən sənə icazə vermirəm ki, bu ailəyə ağalıq edəsən, çıx get. O, Faiqə siqaret çəkməyi də öyrətdi. Maşını sənədsiz verib ki, sürsün. Elşad Faiqdən istifadə edir”.

Barəsində deyilən ittiamlarla barışmayan aktyorun cavabı gecikmədi.

Gecce.az-a açıqlama verən Elşad Yusifov bunları qeyd edib:

“Nuriyyə xanımın bütün sənət yoldaşları, xalq artistləri, televiziya əməkdaşları bilir ki, övladını itirdiyi üçün ona dayaq nəvəsi idi və nəvəsinin böyük qardaşı kimi, bir övladı kimi məni bilirdi. Rəhmətə gedəndə də xəstəxanada yanında bacısı Sevil xanım, mən, bir də nəvəsi Faiq olmuşuq. Son vəsiyyətini də mənə etdi. Faiqi mənə tapşırdı. Sadəcə indi belə bir şeylə qarşılaşmaq məni şok etdi. Insana belə bir şər atmazlar. O, məni mənəvi oğlu bilirdi. Insanlar xəbər çıxandan bəri nələr yazır, belə bir şeylə gündəmə gəlmək olmaz. Qalmaqal yaratmaq olmaz. İndi Nuriyyə xanımın bacısı Maya xanım əsəbi olub. Ona görə belə bir şey deyib. Özü də çox peşimandır.”

Geri qayıt