Əsas Səhifə > Şou-biznes > "İndi ölüm mənim üçün tezdir, balalarım balacadır"

"İndi ölüm mənim üçün tezdir, balalarım balacadır"


12-09-2015, 09:45
"İndi ölüm mənim üçün tezdir, balalarım balacadır"
"Hər zaman təyyarəyə minəndə Allahıma dua edirəm ki, məni balalarımın yanına sağ-salamat çatdırsın. Əslində ölüm haqdır. Bir gün tez, bir gün gec hamımızın qapısını döyəcək".

Dia.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova deyib. O, təyyarəyə minməkdən qorxduğunu vurğulayıb: "İndi ölüm mənim üçün tezdir, balalarım balacadır. Onların məndən başqa heç kimi yoxdur. Bunları səmimiyyətimdən yazıram, izləyicilərimlə paylaşıram. Nə olsun ki, müğənniyəm. Axı mən də insanam. Birdən sözlər ürəyimdə yığılır, sevənlərimlə dərdləşirəm. Harasa gedəndə sosial şəbəkədə yazıram, hamı bəxtəvərçilik verir ki, "Gündə toydadır, gəzməkdədir". Amma inanın ki, hər təyyarəyə minib harasa uçanda stress, həyəcan yaşayıram. Ölümdən qorxmuram. Allah heç bir körpəni başsız etməsin".

Geri qayıt