Əsas Səhifə > Şou-biznes > "Bu fani dünyada nə qədər vaxtımız var ki, onu da böhtana və təhqirə həsr edək?"

"Bu fani dünyada nə qədər vaxtımız var ki, onu da böhtana və təhqirə həsr edək?"


10-09-2015, 09:53
"Bu fani dünyada nə qədər vaxtımız var ki, onu da böhtana və təhqirə həsr edək?"
Müğənni İlhamə Qasımova sosial şəbəkədə ünvanına yazılan təhqirlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, əsəbiləşən sənətçi hər kəsi mehriban olmağa səsləyib:

“Dost olanlar və olmayanlar, xahiş edirəm diqətli davranın. Hamımız azərbaycanlıyıq, böhtan, təhqirdən uzaqlaşaq, müsəlmanıq. Əgər kimisə bəyənmirsinizsə, fikrinizi özünüzdə saxlayın. Çünki mənfi enerjini yaymaq yox, gizlətmək lazımdır. Gözümüzü yumub açırıq, ömür yarı olur. Bu fani dünyada nə qədər vaxtımız var ki, onu da böhtana və təhqirə həsr edək? Hərdən ingilis və rus dilində şərhlər yazıram. Çünki onları xaricdə yaşayan dostlarıma ünvanlayıram. İnstaqram orta məktəb deyil, mən də Azərbaycan dili müəlliməsi. Bura sosial şəbəkədir. Hər kəs bacardığı kimi istifadə edir”.

Geri qayıt