Əsas Səhifə > Şou-biznes > Könül Kərimova: “Gəlinimin nazı ilə çox oynamayacam”

Könül Kərimova: “Gəlinimin nazı ilə çox oynamayacam”


26-08-2015, 10:02
Könül Kərimova: “Gəlinimin nazı ilə çox oynamayacam”
İki övlad anası olan müğənni Könül Kərimova qaynana olmaq arzusu ilə yaşayır.Müğənni gəlininə mehriban olduğu qədər, lazım gələndə sərt üzünü göstərəcəyini Gecce.az-a bildirib:
"Mən əsl qaynanalardan olmağın arzusundayam.Cavabım sizlərə qəribə gəlməsin.Gözəl, mülayim və eyni zamanda tələbkar qaynana olmaq istəyirəm.Hər bir ana çəkdiyi əziyyətin bəhrəsini görmək arzusu ilə yaşayır. Buna ananın haqqı da var. Niyə də olmasın?Mən yeri gələndə, gəlinimin çox da nazı ilə oynamayacam. Necə deyərlər gəlin düşdüyü evdə gəlin olmalıdır. Ona bilmədiyi hər bir şeyi başa salacam. Təbii ki, qaynana kimi yox bir ana kimi" - deyə müğənni bildirib.
Qeyd edək ki, müğənninin oğlu hazırda hərbi xidmətdədir.

Geri qayıt