Əsas Səhifə > Şou-biznes > "Yeni konsert zalına 35 milyon xərcləyəcəyik"

"Yeni konsert zalına 35 milyon xərcləyəcəyik"


6-08-2015, 11:50
"Yeni konsert zalına 35 milyon xərcləyəcəyik"
Müğənni-bəstəkar Emin Ağalarov “RBK” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, “Crocus group”un vitse-prezidenti şirkətlərinin konsert zalının illik gəlirindən, yeni planlarından bəhs edib.

O, konsert zallarından il ərzində 6 milyon qazandıqlarını bildirib:

“Bu pulun hamısı şirkətə qalmır. O, qazancın yalnız 10 fiazi bizimdir. Böhran zamanı konsert zallarımız 20-25 faiz gəlir itirdi. Əvvəl konsertlər zamanı zalda anşlaq olurdusa, indi orta səviyyədədir. Yəni ancaq 80 faiz biletlər satılır. Hazırda Ledi Qaqa, Toni Bennetom, Maykl Bubl ilə danışıqlar aparılır”.

E.Ağalarov “Vegas City Hall”da ikinci konsert zalını tikməyi planlaşdırdıqlarını deyib:

“Bu layihəyə 35 milyon xərclənəcək. Hazırda tikintisi aparılan zal 2016-cı ildə açılacaq. Burada həmçinin sirk də nümayiş olunacaq”.

Geri qayıt