Əsas Səhifə > Şou-biznes > Niyam Salaminin klipində açıq-saçıq görüntülər

Niyam Salaminin klipində açıq-saçıq görüntülər


4-08-2015, 10:50
Niyam Salaminin klipində açıq-saçıq görüntülər
Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, türk mahnısı olan “Gum gum” adlı mahnıya klip çəkdirib: “Nəhayət yeni klipim bu gün ərsəyə gəldi. Ekran işinin çəkilişləri on iki saat çəkdi. Klipdə az da olsa açıq-saçıq səhnələr yer alıb. Belə ki, klipdə prodüserim Rəmzi Baxşıyev, eyni zamanda model Elçin, azərbaycanlı oriental rəqqasə Rəna Ağamuradova, dostum Nunu Allahverdizadə də rol alıb. Çəkilişlər dəniz kənarında baş tutdu. Əsl yay abu-havasındadır. Güman edirəm ki, bu klip bir çoxlarının ürəyincə olacaq”.

Qeyd edək ki, klipin rejissoru Nail Naiboğlu, operatoru “Dele” ləqəbli Cavid Orucludur.

Niyam Salaminin klipində açıq-saçıq görüntülər



Geri qayıt