Əsas Səhifə > Şou-biznes > "Bu video çəkildikdən sonra 7 gün yata bilmədim"

"Bu video çəkildikdən sonra 7 gün yata bilmədim"


22-07-2015, 10:50
"Bu video çəkildikdən sonra 7 gün yata bilmədim"
Rejissor Kənan M.M. özü ilə bağlı maraqlı video paylaşıb.

Axşam.az-ın məlumatına görə, uşaqlıqdan idmanla maraqlandığını vurğulayan rejissor xatirəsini bölüşüb:

“Naxçıvanda olanda 1992-ci ildə atam mənə kamera almışdı. Evdəkilər harasa gedən kimi kameranı kiçik qardaşıma verirdim ki, mən evi dağıdacam, sən də çək. Anamgil evə gələnə kimi soyuducu, televizor, divan nə hala düşürdü Allah bilir. Hələ də başa düşmürəm ki, adam özünü niyə bu hala salır. Van Damma baxırdım, beynim çönürdü. Bu video çəkildikdən sonra 7 gün yanıüstə yata bilmədim”.


Geri qayıt