Əsas Səhifə > Şou-biznes > Suğra Bağırzadə: “Efirə çıxmıram, çünki...”

Suğra Bağırzadə: “Efirə çıxmıram, çünki...”


8-07-2015, 09:17
Suğra Bağırzadə: “Efirə çıxmıram, çünki...”
Yeni bir filmə çəkilmək fikrim var.

Bu sözləri aktrisa, rəssam Suğra Bağırzadə son vaxtlar televiziyada görünməməsi və yeni çəkilən filmlər haqda Axar.az-a danışarkən deyib:

“Doğrusu, bu aralar istirahət edirdim. Naftalanda bir müddət müalicə aldıqdan sonra bağ evimdə istirahətimi davam etdirdim. İndi işə başlamışam. Ekranlara çıxmıram, çünki orada məni cəlb edəcək maraqlı şey yoxdur. Yeni filmə çəkilmək fikrim var. Bu haqda danışmaq hələ tezdir. Doğrusu, yeni Azərbaycan filmlərini və seriallarını izləmirəm. Çox nadir hallarda hansısa bir filmə baxaram. Yerli filmlərdən Həmidə və Xalidə xanımın rol aldıqları “Bir ailəm var” serialına vaxt olduqca baxıram. Seriallar mənə maraqlı olmadığına görə izləmirəm. Son zamanlar bütün vaxtımı öz əsərlərimə həsr edirəm. İl yarımdan sonra çox böyük sərgim baş tutacaq, cidd-cəhdlə bu sərgiyə hazırlaşıram. Bildiyiniz kimi, hər iki ildən bir sərgi keçirirəm və şübhəsiz ki, hər yeni sərgidə nümayiş olunan əsərlər fərqli olmalıdır. Bu səbəbdən digər işlərimi təxirə salıb gələcək sərgim üçün əsərlər yaratmalıyam. Əsərlərim mürəkkəb olduğundan, onları yaratmağa ən azı 2-3 il lazım gəlir”.

Geri qayıt