Əsas Səhifə > Şou-biznes > "Məni tənqid edirlər" - Elza

"Məni tənqid edirlər" - Elza


6-07-2015, 09:39
"Məni tənqid edirlər" - Elza
Əməkdar artist Elza Seyidcahan ünvanına deyilən tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, müğənni “Onlar”a açıqlamasında fərqli imiclərinə görə onu ələ salanlara bunları deyib:

“Məni tənqid edirlər. Bunu gözəl, sağlam qəbul edirəm. Bunlar hamısı paxıllıqdan irəli gəlir. Bəziləri əlləri çatmayanı, dilləri ilə incitməyə çalışırlar. Bizə milyonlarla insan baxır. Ünvanımıza deyilən tənqidlərə cavab verməliyik. Mənim obrazlarımı qəbul etməyənlər paxıllığımı çəkirlər. Modelyerlərimizin əməyinə qiymət verməyənlərdir. Danışılanlar mənə heç də təsir etmir. İşimdə, həyatımda heç vaxt solmaram. Bir insanın nazını çəkir, qoruyur və sevirlərsə, o, yıxılmamalıdır. Qara piar məni daha da ruhlandırır. Təəccüblənmirəm, pisliyi özlərinə edirlər”.



Geri qayıt