Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aparıcı restoran biznesinə başladı

Azərbaycanlı aparıcı restoran biznesinə başladı


23-06-2015, 10:44
Azərbaycanlı aparıcı restoran biznesinə başladı
Aparıcı Lətafət Ələkərova restoran biznesinə başlayıb.

Bu haqda aparıcı Axşam.az-ın əməkdaşı ilə söhbətində xəbər verib:

“Bu mənim ilk biznesim deyil. Bundan əvvəl geyim mağazam, gözəllik salonum olub. İndi də restoran işinə başladım. Bu işdə tək deyiləm. Bir dostum mənə kömək edir. Restoranı satın almamışam. Məkanı icarəyə götürmüşəm. Dizaynda öz zövqümə görə dəyişiklik etmişəm. Əsl yay və kənd ab-havasında olan bir məkandır. Hər tərəf yaşıllıqdır. Qonaqlar sənət adamlarının canlı ifasını da dinləyə biləcəklər”.

Geri qayıt