Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova Ali Məhkəmədə də uduzdu

Aygün Kazımova Ali Məhkəmədə də uduzdu


18-06-2015, 10:06
Aygün Kazımova Ali Məhkəmədə də uduzdu
Xalq artisti Aygün Kazımova ilə Natavan Həbibinin məhkəməm çəkişməsi davam edir.

"Qafqazinfo" xəbər verir ki, müğənni Natavan Həbibinin vəkili Həsənov Fərid bildirib ki, dünən Kazımova Aygün Ələsgər qızının Bakı Apellyasiya Məhkəməsinin Həbibova Natavan Şamil qızının xeyrinə çıxardığı qətnamədən verdiyi kassasiya şikayətinə Ali Məhkəməsinin Mülki kollegiyasında baxılıb:

"Ali Məhkəmə Apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Həmin qətnaməyə əsasən Kazımova Aygün Ələsgər qızı, Həbibova Natavan Şamil qızı barədə yaydığı yalan məlumatları təkzib etməli və Həbibova Natavan Şamil qızından üzr istəməlidir".

Vəkil daha sonra qeyd edib ki, Azərbaycan Respublikasında hər üç instansiya məhkəməsinin ədalətli mövqe tutması, qanunlarımızı dürüst tətbiq etməsinə görə Həbibova Natavan Şamil qızı bütün məhkəmə tərkibinə təşəkkürünü bildirir və cavabdeh Kazımova Aygün Ələsgər qızının məhkəmə qərarlarını icra edəcəyinə ümid etdiyini deyir.

Əks halda xalq artistini cinayət məsuliyyəti gözləyir.

Geri qayıt