Əsas Səhifə > Şou-biznes > "Sənətə gəldiyim yollar hekayə kimi hazırlanıb"

"Sənətə gəldiyim yollar hekayə kimi hazırlanıb"


15-06-2015, 10:42
"Sənətə gəldiyim yollar hekayə kimi hazırlanıb"
Müğənni Röya Ayxan sərgi keçirəcək.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Onlar"a açıqlamasında deyib:

"Sənətə gəldiyim yollar hekayə kimi hazırlanıb. Burada nəyə dözdüm, nəyə dözmədim əks olunub. Amma onu foto formasında düzəltmişik. Mərkəzlərin birində sərgi keçirəcəm və həmin şəkilləri nümayiş etdirəcəm. Düzdür, mən tamaşaçının gözü önündə böyüdüm. Nəyisə onlara göstərməyə ehtiyac yoxdur. Sadəcə, şəkillərlə o yolu xatırlayacağıq".

R.Ayxan bu yaxınlarda yeni avtomobil aldığını da bildirib:

"Bu maşını uzaq yola gedərkən istifadə etməyə almışam. Əvvəl də belə addım atmışdım, amma onda gəzməyə hövsələm çatmırdı. Yenidən ondan aldım. Deyirəm, bəlkə yaşım artıb, indi başqa cür düşünürəm. Gündüz maşın sürürəm, harasa çəkilişə gedəndə gücüm çatmır".

Ötən gün 33 yaşı tamam olan sənətçi təəssüratlarını da bölüşüb:

"Allah məni çox sevib, həyatda enişli-yoxuşlu yollarım olub. Bu yolda tapdıqlarım da, itirdiklərim də var. Xoşbəxt olacağımı düşünüb, amma yarı yolda enənlər də az deyil. Bunlara baxmayaraq, həyatımın geridə qalan hissəsinə nəzər salanda ancaq gözəllikləri görürəm".


Geri qayıt