Əsas Səhifə > Şou-biznes > "Toyda xaric də oxuya bilərik, sözləri də unudarıq"

"Toyda xaric də oxuya bilərik, sözləri də unudarıq"


6-06-2015, 12:15
"Toyda xaric də oxuya bilərik, sözləri də unudarıq"
Müğənni İzzət Bağırzadə solo konserti üçün hazırlıqlara başlayıb.

Axşam.az-ın məlumatına görə, "Star life" verilişinə açıqlama verən ifaçı həyəcanlı olduğunu etiraf edib:

"5-6 ildir konsert vermirəm. Qarşıdakı konsert mənim üçün çox məsuliyyətlidir. Həyəcanlıyam. Müğənni dostlarım məni ancaq tamaşaçı kimi izləyəcək. Heç kəsi səhnəyə dəvət etməyəcəm. 2 saat 30 dəqiqə canlı oxuyacam. Heç vaxt canlı oxumaqdan qorxmamışam. Bu gün toyda 6-7 saat oxuyuruq. Müğənnilər çıxıb bunu konsertlə müqayisə edirlər. Bu yanlışdır. Toyda xaric də oxuya bilərik, sözləri də unudarıq. Amma konsertdə bunlar olmamalıdır. Möhtəşəm çıxış etməlisən, tamaşaçı pul verib bilet alır. Tamaşaçı müğənninin yox, müğənni tamaşaçının nazıyla oynamalıdır. Biletlərin satılmasından narahat deyiləm. Həmişə konsertə dörd gün qalmış kassa bağlanıb. Çünki bilet bitib. Mən heç vaxt ikinci gün konsert vermirəm. O ləzzəti bir gün yaşayıram. Səhnə dekorasiyası möhtəşəm olacaq".

Qeyd edək ki, İ.Bağırzadənin konserti sentyabrın 18-də "Yaşıl Teatr"da baş tutacaq. Biletləri şəhərin kassalarında əldə edə bilərsiniz.

Geri qayıt