Əsas Səhifə > Şou-biznes > “Həyat yoldaşım xəyalımdakı kişidir”

“Həyat yoldaşım xəyalımdakı kişidir”


4-06-2015, 10:20
“Həyat yoldaşım xəyalımdakı kişidir”
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçindən danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı onun xəyallarındakı kişi olduğunu bildirib:

“İnsan ailə quranda özü qərar verməməlidir. Ətrafındakı insanların da fikrini öyrənməlidir. Həyat yoldaşım mənə deyir ki, sən ideal anasan, xanımsan. Bu da məni xoşbəxt edir. Həyatda bəlkə də ideal xanım deyiləm. Amma onun sözləri mənə güc verir. Xanımlar kişilərdən daha qısqancdır. Mənim həyat yoldaşım arzuladığım, xəyalımdakı kişidir. Həm görünüşü, həm də xasiyyəti ürəyimcədir. Mənə çox qiymət verir. Onun telefonunda artıq mesajlar, zənglər görməmişəm. Çox qısqancam. Yoldaşım yaraşıqlıdır. Küçəyə çıxanda kənardan qızlar ona baxır. Amma o fikir vermir. Bu da məni xoşbəxt edir”.

Geri qayıt