Əsas Səhifə > Şou-biznes > Maykl Ceksonun villası satılır

Maykl Ceksonun villası satılır


29-05-2015, 09:52
Maykl Ceksonun villası satılır
Dünya pop-musiqisinin kralı, mərhum Maykl Ceksonun məşhur "Neverland" rançosu "Sotheby's International Realty" hərracında satışa çıxarılıb.

İlkin qiymət 100 milyon dollardır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sahəsi təxminən 1000 hektar olan rançoda attraksionlar parkı, habelə fil və oranqutanq meymunları qalmayıb. Lakin hər saatdan biri "Neverland" kəlməsinin səsləndiyi çiçək saat və stansiyalı dəmiryolu hələ də rançonu bəzəyir.

M.Cekson rançonu 1987-ci ildə 19,5 milyon dollara satın almışdı. Pop kralı rançonu Piter Pen haqqında uşaq nağıllarındakı sirli adanın şərəfinə "Neverland" adlandırmışdı.

Rançoda 20 il yaşamış M.Cekson 2008-ci ildə çoxsaylı borclarını ödəmək üçün "Neverland"i satmışdı.

Mərhum pop kralının fanatlarının hərraca axın edəcəyini nəzərə alan "Sotheby 's International Realty" hərracı daşınmaz əmlakı göstərməzdən əvvəl potensial alıcılar arasında ciddi seçim ediləcəyini bəyan edib: "Fanatlar üçün ekskursiyalar təşkil etmək niyyətində deyilik".

Maykl Cekson 2009-cu ilin iyunun 25-də güclü təsirə malik preparatları qəbul edərək vəfat etmişdi. O, ABŞ-ın Los-Anceles şəhərində dəfn olunub.

Geri qayıt