Əsas Səhifə > Şou-biznes > Ebru Gündeş Elnuru yerə-göyə sığdırmadı

Ebru Gündeş Elnuru yerə-göyə sığdırmadı


22-05-2015, 08:42
Ebru Gündeş Elnuru yerə-göyə sığdırmadı
Türkiyəli məşhur müğənni “Eurovision 2015” təmsilçimizə dəstək verdi.

ANS PRESS-in məlumatına görə, ötən gecə Avatriyanın paytaxtı Vyana keçirilən “Eurovision 2015”in ikinci yarım-final mərhələsində finala vəsiqə qazanan adlar arasında həmyerlimiz Elnur Hüseynov da olub. Onun bu uğuruna sevinənlər arasında “O səs Türkiyə”də jüri olmuş Ebru Gündeş də yer alıb. Məşhur ifaçı bu barədə hisslərini sosial şəbəkədə ifadə edib.

“Alqışlar Elnur Hüseynova. Böyük səsdir. İnşallah davamı da gözəl olacaq. Mikrofonun haqqını verən bir səsdir”, - deyə sənətçi paylaşdığı postda yazıb.

"O səs Türkiyə"dəki möhtəşəm qalibiyyətindən sonra qardaş ölkədə də sevilən Elnur Hüseynov müsabiqədə “Hour of the Wolf” mahnısı ilə finala çıxanlar arasında olub.

Qeyd edək ki, Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəlmiş və ən nəhayət, mövsümün birincisi seçilmişdi.

Bundan başqa o, "Eurovision 2008"də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Ebru Gündeş Elnuru yerə-göyə sığdırmadı

Geri qayıt