Əsas Səhifə > Şou-biznes > Bəhram Bağırzadədən 100 ilin proqnozu

Bəhram Bağırzadədən 100 ilin proqnozu


20-05-2015, 09:28
Bəhram Bağırzadədən 100 ilin proqnozu
“100 ildən sonra – 2115-ci ildə İlk Avropa Oyunlarının 100 illiyini qeyd edəcəklər”.

Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı aktyor Bəhram Bağırzadə Axar.az-a bildirib:

“Birincisi, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi artıq Azərbaycanın qələbəsidir. Bu, kimlərinsə qəbul edib-etməməsindən asılı olmayaraq, sözsüz ki, qələbədir.

İkincisi, bizim övladlarımız qonşularımızdan fərqli olaraq, 100 ildən sonra – 2115-ci ildə İlk Avropa Oyunlarının 100 illiyini qeyd edəcəklər. Qonşularımız da yüzilliklər keçirir, amma başqa istiqamətdə.

Üçüncüsü, biz bundan maddi tərəfdən də faydalanacağıq. Şəhərdə bu qədər tikinti gedir, yeni stadionlar, idman sahələri, otellər tikilir, infrastruktur yaranır. Və bu yerlərdə bizim vətəndaşlar işlə təmin olunur. İnfrastrukturun yaranması yeni iş yerlərinin açılması deməkdir. Bu müəssisələrdə çalışan vətəndaşlar para qazanıb, evlərinə çörək aparacaqlar.

Dördüncüsü, ölkəyə turistlər gələcək. Bu, həm də iqtisadi cəhətdən ölkəmizə faydalıdır. Bir tərəfdən də Azərbaycanda olan turistlər öz vətənlərinə qayıtdıqdan sonra ölkəmiz haqda təəssüratlarını bölüşəcəklər və bu, yeni turistlərin ölkəyə cəlb olunmasına gətirib çıxaracaq.

Beşincisi, mənə ən yaxın olandır. Bizim övladlarımız bu oyunlardan sonra sektorlara, stadionlara yığışacaqlar, onlarda idmana həvəs artacaq. Bir ata, bir vətəndaş və bir müsəlman kimi məni ən çox düşündürən punkt budur. Övladlarımızın idmana yaranan həvəsi gələcəkdə dünyanın da olmasa, Avropanın ən sağlam millətlərindən birinə çevrilməyimizə səbəb olacaq”.

Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Ilk Avropa Oyunlarına 24 gün qalıb.

Geri qayıt