Əsas Səhifə > Şou-biznes > “Heç kimin ərini, sevgilisini əlindən almamışam”

“Heç kimin ərini, sevgilisini əlindən almamışam”


5-05-2015, 10:23
“Heç kimin ərini, sevgilisini əlindən almamışam”
Cangüdənlərlə gəzəcəyi haqda açıqlama verən müğənni Xatun həmkarı Vaqif Şıxəliyevin oğlu Elcanın toyuna cangüdənsiz qatılıb. Parodiya etdiyi həmkarları tərəfindən hədələndiyini bildirən müğənni “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dost məclisinə cangüdənlərlə qatılmaq məqsədəuyğun deyil:

“Hər gün parodiya etdiyim müğənnilər məni hədələyirlər. Başa düşmürəm mən nə etmişəm? Heç kimin evini, maşınını, ərini, sevgilisini əlindən almamışam. Sadəcə parodiya etmək bacarığım var, bunu nümayiş etdirmişəm. Bundan sonra da parodiyalara davam edəcəm. Əslində, toya cangüdənlərim də mənimlə gəlmək istəyirdi. Düşündüm ki, dost məclisidir, ayıbdır. Həm də prodüserim Səbuhi Arif də yanımdadır, düşünmürəm ki, onun yanında mənə nəsə etsinlər”.

Geri qayıt