Əsas Səhifə > Şou-biznes > Aktrisa Zarina Qurbanova: "Əslində, belə səhnələr bizdə həmişə səs-küyə səbəb olub"

Aktrisa Zarina Qurbanova: "Əslində, belə səhnələr bizdə həmişə səs-küyə səbəb olub"


4-05-2015, 08:32
Aktrisa Zarina Qurbanova: "Əslində, belə səhnələr bizdə həmişə səs-küyə səbəb olub"
Dia.az aktrisa Zarina Qurbanovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Zarina xanım, yeniliklər var, yoxsa “köhnə hamam, köhnə tas” məsəlini çəkəcəsiniz?

- Şükürlər olsun ki, günbəgün inkişaf edir, öz üzərimizdə işləyirik. Allah axırını xeyir etsin. Son zamanlar fasiləsiz çalışıram. Günümün çox hissəsi çəkilişlərdə keçir. Yeni filmlərdən dəvətlər almışam. Hal-hazırda həmin təklifləri dəyərləndirməklə məşğulam (gülür).

- Bir ara teatra gedib-gəldiyinizi eşitdim...

- Bəli, artıq bir neçə müddətdir ki, Musiqli Teatrda müqavilə ilə tamaşalar oynayıram.

- Bəlkə bu, sizdə teatra bir bağlılıq yaradacaq və orada qalası olacaqsınız... Necə düşünürsünüz?

- Teatr, əslində, seviləsi bir mədəniyyət ocağıdır. Hər nə qədər teatr səhnəsinə bağlı olsam da, daimi olaraq hər hansı bir teatrda işləyəcəyimi düşünmürəm. Çünki mənim filmə olan marağım teatrdan daha çoxdur.

- Sözün düzü, film sahəsini həm bir rejissor kimi, həm də aktirsa kimi sizin üçün uğurlu hesab etmək olar. Amma nədənsə rejissorluğun da “daşı”nı atmsınız deyəsən...

- Rejissorluq çətin sənətdir. Yaxşı rejissor olmaq üçün ilk növbədə, aktrisalığı yaxşı bacarmaq lazımdır. Mən də hələ ki, bunun üçün çalışıram. Zaman və fürsət düşdükcə rejissorluqla da məşğul oluram (gülür).

- Filmdən söz düşmüşkən, ssenarisi Mehman Rəsulova məxsus olan və rejissor Ramil Ağasıyevin möhtəşəm ekran işlərindən biri - “Arzuların ardınca” filmində baş rolu - Arzunu canlandırmısınız. Nəzərə alsaq ki, kifayət qədər ağır bir rol idi, bunun öhdəsindən necə gəldiniz?

- Düz vurğulayırsınız, canlandırdığım obraz həm psixoloji, həm də texniki baxımdan çətin rol idi. Ölümlə qalım arasında mübarizə aparan bir qızı oynamaq asan olmadı mənim üçün. Təsəvvür edin, mən rola o qədər aludə olmuşdum ki, elə bilirdim öləcəyəm. Nəticə etibarilə, hər şey istədiyimiz kimi bitdi. Filmin çox uğurlu alındığını düşünürəm. Buna görə də başda rejissor olmaqla bütün çəkiliş heyətinə təşəkkürümü bildirirəm.

- Sözügedən filmdə sizin öpüşmə səhnəniz də var. Həmin səhnə ailəniz, eləcə də publika tərəfindən necə qarşılandı? Ümumiyyətlə, reaksiya necə oldu?

- Əslində, belə səhnələr bizdə həmişə səs-küyə səbəb olub. Adi bir epizodik səhnəni də şişirdiblər. Həmin səhnə bir anlıq oldu. Bir göz qırpımında. Hər şey texniki idi, amma mən hiss elədim ki, öpüşürəm (gülür).

- Bu, sizin bir aktrisa kimi komplekssiz olmağınızdan xəbər verir...

- Bəli, belə şeylərdə kompleksim yoxdur. Amma bir hədd var ki, onu aşmıram. Ailəmin, cəmiyyətin də fikri mənim üçün önəm daşıyır.

- Uzun çəkiliş prosesindən sonra oynadığınız obrazın təsirindən neçə ay sonra çıxdınız?

- Dəqiq deyə bilməyəcəm. Amma oynadığım obraz məndə öz təsirini uzun müddət qoydu. Yaşamaq həvəsim ölmüşdü. Bir sözlə, o obrazdan çıxıb özümə qayıtmağım az zaman çəkmədi.

- “Arzuların ardınca” filmində sizin canlandırdığınız baş qəhraman Arzu arzuların arxasınca qaçır... Bəs siz?

- Mən sənətimin arxasınca qaçıram. Məqsədim hədəfə çatmaqdır. Ona qədər qaça bildiyim qədər qaçacağam.

- Sizcə, serial və filmlərimizdəki vəziyyət hansısa bir aktrisanın qarşısına qoyduğu məqsədə çatmağa şərait yaradırmı?

- Əvvəlki illərə nisbətən irəliləyişlər var. Bunu həm rejissorlara, həm də aktyorlara şamil edirəm. Biz hər gün yeni bir şey öyrənməyə cəhd edirik. Müəyyən çatışmazlıqlar var, amma zamanla o da düzələcək.

- Siz bir müddət Türkiyədə də qaldınız. Orada filmə çəkildiniz. Niyə ardını gətirmədiniz? Uğurlu alınmadı, yoxsa?..

- Bəli, çəkilişlərlə əlaqədar olaraq, bir müddət Türkiyədə oldum. Kifayət qədər uğurlu alındı. Lakin hər başlanğıcın bir sonu var. Müqaviləm bitti və geri qayıtdım. Amma ola bilər ki, bu yaxınlarda yenidən getdim. Çünki təkliflər var, onları dəyərləndirməyə çalışıram.

Geri qayıt