Əsas Səhifə > Şou-biznes > "Bizim ideyamız insanların zövqünü oxşamaqdır"

"Bizim ideyamız insanların zövqünü oxşamaqdır"


30-04-2015, 10:47
"Bizim ideyamız insanların zövqünü oxşamaqdır"
İTV-də yayımlanan “Antrakt” verilişinin qonağı xalq artisti Azər Zeynalov olub.

Axşam.az-ın məlumatına görə, opera ifaçısı yaradıcılığından bəhs edib:

“Səkkiz operada oynamışam. Bu yaxınlarda “Otello”da baş rolu ifa etdim. Bunun ardı gələcək. Əvvəl daha tez-tez tamaşada oynayırdım. Son vaxtlar isə gec-gec olur. Tələbələrim var. Onlara bildiklərimi öyrətməyə çalışıram. Əgər mən tələbələrimlə bir layihə işləsəm, bu, vətənpərvərlik mövzusunda olacaq. Bizim ideyamız insanların zövqünü inkişaf etdirmək olmalıdır. Ona görə də tələbələrimin repertuar seçiminə xüsusi diqqət ayırıram. Onlarla birlikdə mən də öyrənirəm. İnsan son gününə qədər öyrənməlidir".

Qeyd edək ki, Kamran Quliyevin aparıcılıq etdiyi “Antrakt” verilişi həftənin çərşənbə axşamı saat 22:00-da yayımlanır.

Geri qayıt