Əsas Səhifə > Şou-biznes > Səməd Səmədovdan iddialı açıqlama: “Birinciyəm”

Səməd Səmədovdan iddialı açıqlama: “Birinciyəm”


10-04-2015, 13:00
Səməd Səmədovdan iddialı açıqlama: “Birinciyəm”
Xalq artisti Səməd Səmədov maraqlı açıqlama ilə diqqət çəkib. Lent.az-ın məlumatına görə, ANS-in “Günə baxan” verilişinə qonaq olan ifaçı bildirib ki, o, hazırda Azərbaycan şou-biznesində toyu idarə edən müğənnilər arasında rəqibi yoxdur: “Mən Azərbaycanın bir çox korifey sənətçilərinə baxıb, bu sənətə gəlmişəm. Azərbaycanın xalq artisti adına layiq görülmüş ifaçıyam. Artıq 20 ildir ki, “Toylar kralı” statusunu daşıyıram. Məndən soruşsanız ki, siz şou-biznesdə neçə nömrəsiniz? Deyərəm ki, Azərbaycanda 20 müğənni varsa, mən o siyahıda 25-ci 30-cu yerdəyəm. Sənət ayrı, el şənliyi, məclisi idarə eləmək ayrıdır. Artıq bir aksiomadır ki, mən olan toylarda bir nəfər belə oturmur. Bilənlər bilir ki, Səməd Səmədov olan yerdə, başqa müğənniyə ehtiyac yoxdur. Toy idarəçiliyində mən 1-ciyəm”.

Xalq artisti daha sonra şou aləmində bəyəndiyi ifaçıların adını açıqlayıb: “Rəhmətlik Elçin Cəlilov, xalq artistləri Azər Zeynalov, Brilliant Dadaşova, Əməkdar artistlər Eyyub Yaqubov, İlqar Muradov və son dövrlərdə Teymur Əmrahın ifalarını bəyənirəm”.

Geri qayıt