Əsas Səhifə > Şou-biznes > "Makiyaj etməsələr meymuna oxşayırlar"

"Makiyaj etməsələr meymuna oxşayırlar"


17-03-2015, 10:19
"Makiyaj etməsələr meymuna oxşayırlar"
Xalq artisti Rəmiş “Salam Azərbaycan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, gitara ifaçısı saçını rəngləyən kişi müğənnilərə irad bildirib:
“Bu yaşımda başıma qırmızı rəng qoyum? Camaat mənə nə deyər? Bu cür işlər düz deyil. Bizimkilər Almaniyaya, Hollandiyaya gedib-gəlirlər, özlərini onlara oxşadırlar. Axı bu Azərbaycana uyğun deyil. Ay dostlarım, qoyun saçınız olduğu kimi qalsın. Saç rəngləməklə məşhurlaşmaq olmur. Millətin gözü güzgüdür. Xalq görür kim yaxşı ifaçıdır, yaraşıqlıdır. Hələ indi cırıq şalvar geyinirlər. Özüdə deyirlər ki, qiyməti 250 manatdır. Ayıbdır axı. Bəziləri də var ki, makiyaj etməsələr insan sifəti almırlar, meymuna oxşayırlar".

Rəmiş xeyriyyə işləri ilə məşğul olduğunu da deyib:

"İki meymunum var idi: insan kimi dil bilir, bazarda pulqabı oğurlayırdılar. Onları hamama aparır, çimizdirirdim. Hamamın qiyməti 1 manat idi, mən orada işləyən yaşlı xanımlara 200 manat verirdim. Gedib deyirdilər ki, bu necə insandı, meymunun çimizdirir, 200 manat verir. Amma mən o pulu yaşlı qadını sevindirmək üçün verirdim, dəli deyildim ki... Kimsəsizə əl tutmağı xoşlayıram. İmkanı olmayanın toyunda təmənnasız oxuyuram".

Geri qayıt