Əsas Səhifə > Şou-biznes > "Şəxsi həyatım yolunda deyil" - Günay Musayeva

"Şəxsi həyatım yolunda deyil" - Günay Musayeva


14-03-2015, 10:37
"Şəxsi həyatım yolunda deyil" - Günay Musayeva
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bakıya gəlib.

Axşam.az-a açıqlama verən model rol aldığı “Kod adı K.O.Z” filminin qala gecəsi ilə bağlı da xəbər verib:
“Martın 22-də Nizami Kino Mərkəzində qala gecəsi baş tutacaq. Filmin yaradıcı heyəti də gələcək. Hazırda moda gecəsi üçün gəlmişəm. Ayın 16-da Türkiyəyə qayıdıb, 21-də yenidən Bakıya gələcəm. Ola bilsin oğlum Cahangircanı da gətirdim. Yeni serial təklifləri almışam. Sentyabrdan yayıma başlayacaq. İki ekran işidir: biri tarixi mövzudadır, digəri gizli agent. Özümü peşəkar aktrisa hesab etmirəm, hələ dərslər alıram. Gələcəkdə qatil obrazını oynamaq istəyərdim”.

Türkiyəliaktyor, həyat yoldaşı Tolqa Kareldən danışan Günay “Bunu gizlətməyə çalışsam da, alınmadı. Çox söz yazdılar. Amma mənim şəxsi həyatım ancaq oğlumdur. Yeni danışmağa başlayır. Ona Azərbaycan dilini öyrədirəm. Şəxsi həyatım yolunda deyil”deyə bildirib.

Model plastik əməliyyatdan da bəhs edib:

"Dodağımda slikon var idi, onları çıxartdırdım. Plastik əməliyyata qarşı deyiləm. Amma hələ yaşım azdır. Zamanı gələndə etdirəcəm".

Geri qayıt