Əsas Səhifə > Şou-biznes > Elnurun qələbəsi YAP-çı deputatı da sevindirdi

Elnurun qələbəsi YAP-çı deputatı da sevindirdi


19-02-2015, 11:16
Elnurun qələbəsi YAP-çı deputatı da sevindirdi
"Elnurun qələbəsi hamımızın qələbəsidir". "O Səs Türkiyə"də çıxış edən və final mərhələsində zəfər çalan Elnur Hüseynovun qələbəsi millət vəkillərini də sevindirib.

Aydın Mirzəzadə hisslərini soail şəbəkə səhifəsində bölüşüb.

"Ebru Gündeşin komandasında yarışan Elnur bu dəfə “O Sole Mio” opera əsərini səsləndirib. Həmyerlimizin rəqibi Kaya Aslantepe olub. Elnur tamaşaçı səsverməsi nəticəsində ən çox səs toplayaraq “O səs Türkiyə”nin qalibi adına laiq görülüb. Afərin, Elnur.

Gənc istedaımızın qələbəsi hamıızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi. Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu, Azərbaycan səsinin xaricdə də mənuniyyətlə dinlənməsinin qələbəsi idi.

Bu ən əsası Azərbaycan-Türkiyə birliyinin qələbəsi, Azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbbtəinin qələbəsi idi. Biz birlikdə güclüyük".
Həmişə qələbələrdə !

Geri qayıt