Əsas Səhifə > Şou-biznes > "Orta yaşlılar, yaşlılar və səhnəyə yeni gələnlər də gündəmdə olmaq üçün adımı çəkirlər"

"Orta yaşlılar, yaşlılar və səhnəyə yeni gələnlər də gündəmdə olmaq üçün adımı çəkirlər"


7-02-2015, 18:06
"Orta yaşlılar, yaşlılar və səhnəyə yeni gələnlər də gündəmdə olmaq üçün adımı çəkirlər"
Xalq artisti Brilliant Dadaşovaya türkiyəli ifaçı Ajda Pekkanın libas hədiyyə etməsi şou aləmində qalmaqal yaratmışdı.

Axşam.az-ın məlumatına görə, xalq artisti İlhamə Quliyeva “Başqa sənətçinin geyilmiş paltarını geyinib, bununla öyünmək, piar olunmaq nə dərəcədə düzgündür?

Sən heç o paltarı geyinəndə utanmadınmı? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”, - deyə həmkarını tənqid etmişdi.

B.Dadaşova “ATV Maqazin”ə açıqlamasında İ.Quliyevanın sözlərinə münasibət bildirib:
“Mənə o fikirlər maraqlı deyil. Hər ağızdan bir avaz, hər başdan bir fikir gəlir. Ağız torba deyil ki, büzəsən. Hərə öz mənəviyyatını göstərir. Bu fikirlərə ancaq gülə bilərəm, güldüm də. Təkcə mən yox, milyonlarla insan güldü. Ajda Pekkan o libası mənə hədiyyə etdi. Onun ürəyi, sənəti, mənəviyyatı gözəldir. Mən səhnə paltarımı ən çox sevdiyim bir insana belə hədiyyə etmərəm. Orta yaşlılar, yaşlılar və səhnəyə yeni gələnlər də gündəmdə olmaq üçün adımı çəkirlər. Buna öyrəşmişəm”.

Geri qayıt