Əsas Səhifə > Şou-biznes > "Mən sənin kimi efirdə şpaqat açmıram..."

"Mən sənin kimi efirdə şpaqat açmıram..."


29-01-2015, 09:52
"Mən sənin kimi efirdə şpaqat açmıram..."
Mətanət Əliverdiyevanın zarafatı tanınmış klipmeykerin xoşuna gəlmədi
Milli.Az bildirir ki, ötən gün Mətanət Əliverdiyeva aparıcılıq etdiyi verilişdə saç əkmə mövzusunun müzakirəsi üçün bir neçə qonaq dəvət edib. Onlar müğənni Vasif Məhərrəmli, prodüser Ataş və digərləri olub.

Dəvət olunanlar arasında rejissor Aqil M. Quliyev də olub. Ancaq verilişə gecikən klipmeykeri aparıcı zarafatyana tənqid edib: "Aqil necə klip çəkir, elə də efirə gəlir", - deyən Mətanət daha sonra işlətdiyi ifadəni rejissorun üzünə deyib.

Ancaq Aqilin mimikasından da görünüb ki, bu sözlər ona xoş gəlməyib. Aparıcıya: "Bağışla, mən sənin kimi efirdə şpaqat açmıram", - deyib.

Geri qayıt