Əsas Səhifə > Şou-biznes > Qalmaqallı aparıcı “Space”dən getmə səbəbi bilindi

Qalmaqallı aparıcı “Space”dən getmə səbəbi bilindi


12-01-2015, 10:39
Qalmaqallı aparıcı “Space”dən getmə səbəbi bilindi
“Space” TV-də yayımlanan “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova proqramı tərk edib.

Ailem.az-ın xəbərinə görə, bu barədə o, sosial şəbəkədəki hesabında qeyd paylaşıb. V.Kərimova bildirib ki, gələn həftədən verilişi tanınmış Mehriban Xanlarova aparacaq: “Dəyərli dostlarım, məni sevənlər, uğuruma sevinənlər! 13 yanvardan etibarən bir daha məni "Günaydın" verilişində görməyəcəksiniz. Səbəbi çox bəsit: ürəyim getmək istədi getdim. Çox sevindirici haldır ki, məhz bu - 13 yanvara təsadüf edəcək. 13 rəqəmi hər zaman düşərlim olub. Və daha bir sevindirici hal mənim əvəzimə "Günaydın"da çox sevdiyim sənətkar, əməkdar artist Mehriban Xanlarova olacaq. Məni əvəz etmək elə də asan deyilmiş. Canım Mehriban xanıma yeni işində uğurlar arzu edirəm. Sizinlə isə yeni layihədə görüşənədək”.

Ailem.az-ın əldə etdiyi məlumata görə, aparıcının müəllifi olduğu verilişi tərk etməsinə səbəb bir müddət öncə müğənni Xatirə İslamla yaşadığı qalmaqaldır. Xatırladaq ki, Xatirəni verilişinə dəvət edən aparıcı ona müğənni Rüfət Axundovla eşq yaşadığı barədə sual vermiş, bundan sonra isə müğənni ilə aparıcı arasında qalmaqal yaşanmışdı. Xatirə öz növbəsində üstüörtülü şəkildə aparıcı V.Kərimovanın kimlə sevgili olduğunu açıqlaya biləcəyini demişdi. Vüsalə isə subay olduğunu və kiminləsə sevgili olmağının problem olmadığını, Xatirənin isə evli olduğunu deyərək ciddi qalmaqala səbəb olmuşdu. Deyilənə görə, bu dava da Vüsalə Kərimovanın "Space"dəki karyerasının sonlanmasına səbəb olub.

Onu da qeyd edək ki, aparıcının məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt