Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova "O səs Türkiyə"yə müraciət etdi amma seçilmədi

Aygün Kazımova "O səs Türkiyə"yə müraciət etdi amma seçilmədi


25-12-2014, 14:31
Aygün Kazımova "O səs Türkiyə"yə müraciət etdi amma seçilmədi
İddiaya görə respublikanın əməkdar artisti “O ses Türkiye” yarışmasına qatılsa da münsiflərin önünə çıxmadan yarışmanı tərk edib.

Dia.az -ın məlumatına görə, müğənniyə yaxın olan mənbədən azxeber.com-a verilən özəl məlumat hamının təəccübünə səbəb olacaq. Belə ki, mənbə müğənninin Türkiyədə yayımlanan və ölkəmizdə də böyük maraqla seyr edilən “O ses Türkiye” yarışmasında iştirak etmək üçün müraciət etdiyini deyib.

Əməkdar artist bir neçə il bundan öncə Türkiyə şou-biznesinə daxil olmaq üçün öz mahnılarına müxtəlif kliplər çəkdirdiyi zamanlarda məhz bu yarışmada da öz gücünü sınamaq qərarına gəlib. Məlumata görə, müğənninin çevrəsi onun bu cür addım atmasını yaxşı qarşılamayıblar. Belə ki, onlar bu yarışmanın onun ranqına görə olmadığını və bu səbəbdən əməkdar artistin belə bir yarışmada iştirakının onun əleyhinə işləyəcəyini deyiblər. Ancaq müğənni sona qədər öz fikrində qalıb və beləliklə yarışmaya müraciət edib. Nəticə isə heç də Aygün Kazımovanın gözlədiyi kimi keçməyib. O elə yarışmanın ilkin etapında, münsiflər önünə çıxmadan yarışmanı tərk edib.

Bilindiyi kimi yarışmanın qaydalarına görə iştirakçıların səsini jurilərdən öncə musiqi mütəxəssiləri dinləyir və onların razılığı ilə iştirakçılar juri önünə çıxmağa haqq qazanırlar.

Geri qayıt