Əsas Səhifə > Şou-biznes > İlhamə Quliyeva onunla barışdı: "Aramızda ana-bala münasibəti olub"

İlhamə Quliyeva onunla barışdı: "Aramızda ana-bala münasibəti olub"


23-12-2014, 13:30
İlhamə Quliyeva onunla barışdı: "Aramızda ana-bala münasibəti olub"
Xalq artisti İlhamə Quliyeva küsülü olduğu mətbuat katibi Faiq Ələkbərli ilə barışıb. Bu barədə Lent.az-a F.Ələkbərli məlumat verib. O, bildirib ki, hər zaman İ.Quliyeva ilə ana-bala münasibətində olub: “Hətta illərlə dostluq edən insanlar arasında belə umu-küsü, anlaşılmazlıq olur. Bu normaldır. Mən 10 ildən artıqdır ki, Şöhrət və Şərəf ordenli İlhamə xanımın yanındayam, mətbuat katibi kimi bu sənətkarla çiyin-çiyinə çalışmışam. Aramızda ana-bala münasibəti olub. Bəzi bədxah insanlar anlaya bilmir ki, İlhamə xanım məni və onun sənətini sevənləri heç vaxt pis niyyətli adamların ayağına verməyəcək. Bunu qəbul edin nəhayət!!! Dekabrın 21-də Xalq artisti, böyük sənətkar Tükəzban İsmayılovanın doğum günü idi. İlhamə xanım hər il olduğu kimi bu dəfə də yaxınlarını ətrafına toplayıb onun anım gününü qeyd etdi. Mən və opera ifaçısı Ülvi Qılınc həmin məclisdə iştirak etdik. Bir daha qeyd edirəm, İlhamə xanımla bizim aramızda söz-söhbət olmayıb və olmayacaq da... Əminəm ki, bu açıqlamanı bəzi saytlar sizdən götürməyəcək. Çünki burada uğur və barışıq var, dava-dalaş, söz-söhbət, qalmaqal yoxdur. Barışığı həzm edə bilməyənlər heç vaxt bu yazını, açıqlamanı paylaşmayacaqlar! Bunun üçün təmiz ürək və xoş niyyət lazımdır. O da hamıda yoxdur və ola bilməz! Təəssüf”.
Qeyd edək ki, İ.Quliyeva ilə F.Ələkbərli 2004-ci ildən bəri birgə çalışırlar.

Geri qayıt