Əsas Səhifə > Şou-biznes > Emin ad günündə Bakıda Zülfiyə Xanbabayeva ilə birgə duet oxuyacaq

Emin ad günündə Bakıda Zülfiyə Xanbabayeva ilə birgə duet oxuyacaq


15-11-2014, 10:51
Emin ad günündə Bakıda Zülfiyə Xanbabayeva ilə birgə duet oxuyacaq
Müğənni-bəstəkar Emin ötən gün xalq artisti Zülfiyyə Xanbabayeva ilə bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, Emin birlikdə çəkdirdikləri şəkli İnstaqram səhifəsində paylaşaraq “Tarixi an, mahnını yazıb bitirdik” sözlərini yazıb.O, bəstənin “Azərbaycan” adlandığını da vurğulayıb.

Qeyd edək ki, Emin bir qədər əvvəl “Onlar” verilişinə açıqlamasında yerli müğənnilərdən biri ilə Azərbaycan dilində duet səsləndirəcəyini bildirmişdi. Sənətçi mahnını dekabrın 4-də Bakıda “Crystal Hall”da baş tutacaq konsertində oxuyacaq. İfaçının ad günü münasibəti ilə keçiriləcək konsertində Rusiya estradasının tanınmış simaları – Qriqori Leps, Stas Mixaylov, ukraynalı sənətçi Ani Lorak və başqaları çıxış edəcək.

Geri qayıt