Əsas Səhifə > Şou-biznes > Daha bir rəqqasəmiz Hindistanda yarışma qalibi oldu

Daha bir rəqqasəmiz Hindistanda yarışma qalibi oldu

7-11-2014, 11:48
Daha bir rəqqasəmiz Hindistanda yarışma qalibi oldu
Rəqqasə Fatimə Fətəliyeva Hindistanda keçirilən məşhur “Udbhav İnternational Dance Carnival” rəqs müsabiqəsinin qalibi olub.

Hazırda həmin ölkədə olan rəqqasə təəssüratlarını Axşam.az-la bölüşüb:

“Bu, mənim Hindistana 3-cü səfərim idi. Festivala dəvət olunanda ilk öncə tərəddüd elədim. Amma daha sonra qatılmaq qərarına gəldim. Çünki özümə çox inanırdım. Müsabiqə çərçivəsində 6 gün konsert oldu. Sonuncu gündə qala konsert keçirildi və sonda yarışmanın nəticələri açıqlandı. Qalib oldum. İndi çox yorğunam. Çünki burada olduğum hər gün səhər ekskursiya, axşam isə müsabiqə olurdu. Dincəlməyə vaxtım yox idi. Amma qazandığım uğur bütün yorğunluqlara qalib gəldi. Qala gecəsində Hindistanın müxtəlif bölgələrindən iştirakçılar çıxış etdilər. Rusiya, Qazaxıstan və dünyanın digər yerlərindən olan iştirakçılar da öz məharətlərini sərgilədilər.. Daha sonra növbə mənə çatdı. Mən də milli “Uzundərə” rəqsimizlə öz məharətimi göstərdim. İki diplom və əsas mükafatı əldə etdim. İkinci yeri Hindistan, üçüncü yeri isə Rusiya təmsilçisi qazandı. Qalib olduğumuza görə çox sevincliyəm. Çünki bu tək mənim yox, Azərbaycanımızın uğurudur”.

Geri qayıt