Əsas Səhifə > Şou-biznes > Artistlərdən Rəşid Mahmudova qarşı ağır ifadələrlə dolu cavab

Artistlərdən Rəşid Mahmudova qarşı ağır ifadələrlə dolu cavab


6-11-2014, 10:42
Artistlərdən Rəşid Mahmudova qarşı ağır ifadələrlə dolu cavab
DİA.AZ: - Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov müğənni Təranə Qumralla Nazəninin qalmaqalına münasibətini bildirərək belə bir çıxış edib: “Mən efirdə artistlərlə mübahisə edəndə xalqım mənə deyir ki, axı sən nə üçün onlara baş qoşursan. Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı dapis yola gedən deməkdir. Mən onlara baş qoşmaq istəmirəm. Gərək onları televiziyada da göstərməsinlər. Çünki onlar bizim xalqın milli mentalitetinə uyğun olmayan adamlardır. Mən onlar haqqında fikir də söyləmək istəmirəm”.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, daha sonra gənc yazıçı, “Qızıl qələm” mükafatı laureatı Orxan Bahadırsoy Rəşid Mahmudovun bu fikirlərinə sərt bir cavab yazaraq mediada yayımlayıb: “Rəşid Mahmudov öz bu nitqində həm xalqın, həm də özünün artistlərə olan qiymətini sərgiləyib. Təhsil ocağında tələbələrə, bu günün gənclərinə elm öyrədən, tibb kimi böyük bir elmi tədris edən şəxs öz xalqının mədəniyyət və incəsənət işçilərinə “mütrif”, “pis yola gedən” deyir. Bu günün həm həkimi, həm müəllimi olan bu ağsaqqal şəxs gənclərə bunumu öyrədir? O öz tələbələrinə incəsənəti, mədəniyyəti əxlaqsızlıq, mütriflik, pis yola gedənlik kimi təbliğ edirmi? Axı ziyalı insana, təhsilli bir şəxsə, elmi dərəcələr, fəxri adlar alan bir həkimə bu cür düşünmək yaraşmaz! Əfsuslar olsun Rəşid bəy, sizə müəllim deyə müraciət edə bilmərəm, çünki, sizə bir müəllim kimi baxmıram, sizin bu millətə nəsə öyrədəcək potensiala sahib olduğunuzu da düşünmürəm. Ona görə də Rəşid bəy, biz mədəniyyətinə kəm baxan, incəsənət xadimlərinə mütrif deyən bir qədirbilməz millətin nümayəndəsiyik. Nə qədər ki, sizin kimi düşünənlər var, biz mədəni tərəqqidən danışa bilmərik…”

Ardından isə bir neçə aktyor və aktrisalar gənc yazıçının fikirləri ətrafında birləşərək Rəşid Mahmudova qarşı çıxıblar.

Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Kəmalə Müzəffər:

-Bir neçə il bundan əvvəl əməliyyat olunmuşdum, əməliyyatdan sonra müayinəyə getmişdim. Mənim cərrhaım müayinə edirdi məni. Elə bu vaxt xəbər gətirdilər ki, bir tələbəni kor bağırsaqdan sancılarla gətiriblər. Həkim soruşdu ki, adamı var, dedilər ki, yox, rayondadır adamları. Həkim dedi ki, mən əməliyyat edə bilmərəm, bəlkə heç kəsi yoxdur. Bir müddət sonra yenə xəbər gəldi ki, vəziyyəti ağırlaşır. Bilirsiz həkim nə dedi? Dedi ki, gedin internata deyin əməliyyat etsinlər. İndi siz bir nəfər aktyor deyin ki, səhnəyə çıxıb və rolunu oynamayıb, deyib ki, tamaşaçılara deyin pul yığıb mənə versinlər, çünki 200 manat maaş alıram.

Gəncə Dövlət Nizami Poeziya teatrının aktyoru, "Qızıl Dərviş" mükafatı laureatı, Teatr Xadimləri İttiffaqının üzvü Yusif Cəfərov:

-Ümumiyyətlə son günlərdə bir neçə yerdə bu kimi sözlər eşidilməkdədir. O sözləri deyənlər dönüb bir arxalarına baxsınlar! Sadəcə İncəsənət işçiləri həmişə göz qabağında olduğu üçün belələrinin gözlərinə girirlər. Amma xəlvətdə azmı oyunlardan çıxanlarınız, əxlaqsızlıqla məşğul olanlarınız var? Özünü tanıyan istər ziyalı insan, istər adi vətəndaş, belə danışmaz. Sizin kimi ziyalılar ləkədir bu millətə! Atatürk demişdir ki: “Bir xalqın kültür səviyyəsi onun aynasıdır!” Gedin öz dəftərinizi varaqlayın, sonra danışarıq.

Tanınmış aktyor, şoumen Qorxmaz Əlilicanzadə:

-Əvvəla Rəşid Mahmudov kimi savadsızlara çatdırım ki, qədimdə aktyorlara “Lotu” deyiblər. Mütrif isə ərəblər qız paltarında rəqs edən oğlanlara deyirlər. Artist isə latın dilində ifaçı deməkdir. Bu səbəbdən aktyor, xanəndə, rejissor, bəstəkar və digər bu kimi sənət sahibləri artistlərdir. Buna görə də dövlət bu sənət sahiblərinə “əməkdar artist”, “xalq artisti” fəxri adları verir. Rəşidin sözündən belə çıxır ki, dövlət başçısı pis yola gedənlərə fəxri ad verir? Biz sənət göstərib pul qazanırıq. Rüşvətlə dolanmırıq, dilənçilik etmirik. Aktyorlar, müğənnilər, musiqiçilər olmasa Rəşid kimilərinin toyu qara gələr. Əgər bəyənmirsə artistləri, həyatı qara gəlsin.

Sumqayıt Dövlət Dram Teatrının aktrisası Xatirə Süleymanova:

-Hər kəs güzgüdə özünü görür və qarşısındakını da öz adı ilə çağırır. Aşıq gördüyünü çağırar. Mütrif elə bilir hamı mütrifdir. Mərifətli adam elə bilər ki, hamı mərifətlidir. Burda nə var ki? Hər kəsi öz arşınına uyğun ölçüb də.

Aktrisa Səmimə Səlimova:

-Əgər incəsənət adamları mütrifdirsə, niyə görəsən hər ailənin evində bir televizor var və səhərdən axşamacan oturub kanallarda seriallara tamaşa edirsiniz. Bizi bəyənmirsiz hərçənd ki.

Əməkdar artist Firəngiz Babayeva:

-Təəssüf ki, hələ də mədəniyyətimizə belə qiymət verən cılız insanlar var!

Geri qayıt