Əsas Səhifə > Şou-biznes > Nə yeniliyim varsa, hamısı internetdədir"

Nə yeniliyim varsa, hamısı internetdədir"


5-11-2014, 09:25
Nə yeniliyim varsa, hamısı internetdədir"
Tanınmış xanəndə Zakir Əliyev yeni mahnılar üzərində çalışır. Oxuduğu xalq mahnıları ilə tamaşaçıların qəlbini oxşayan sənətçi hazırda yeni muğam dəstgahları üzərində çalışdığını qeyd edib. O bu haqda Milli.Az-a danışıb:

“Hal-hazırda yaradıcılığımda qızğın işlər gedir. Yeni-yeni dəstgahlar və mahnılar hazırlayıram. Amma hələ ki, konsert proqramı ilə çıxış etmək fikrim yoxdur. Konsert vermək olar, amma gərək kütlədə sənə tələbat olsun. Mən həqiqətən hiss etməliyəm ki, tamaşaçının mənə ehtiyacı var. O zaman böyük həvəslə konsert verərəm. Nə yeniliyim varsa, hamısı internetdədir. Tamaşaçının mənə ehtiyacı olanda mahnılarımı YouTube-dan izləyirlər. Konsert vermək həm də böyük xərc tələb edir. Bu xərcləri qarşılayan kimsə olmalıdır. Buna görə biz sənətçilər üçün konsert proqramı ilə çıxış etmək çətindir”.

Geri qayıt