Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aparıcı fırıldaqçı kimi özünü tanıdacaq

Azərbaycanlı aparıcı fırıldaqçı kimi özünü tanıdacaq


30-10-2014, 10:01
Azərbaycanlı aparıcı fırıldaqçı kimi özünü tanıdacaq
"İctimai" telekanalın aparıcısı Kamran Quliyev filmə dəvət alıb.

Axşam.az-ın məlumatına görə, o, “Biznesmen” adlı yeni ekran işində fırıldaqçı obrazını canlandıracaq. Bu haqda aparıcı əməkdaşımızla söhbətində deyib:
“Bu günə kimi bir neçə dəfə filmlərdə epizodik rollara çəkilmişəm. Amma heç biri uğurlu alınmayıb. “Biznesmen” filminə rejisssor Nail Naiboğlu dəvər edib. İnanıram ki, maraqlı və uğurlu olacaq. Aktyorluğu sevirəm”.

Qeyd edək ki, “Biznesmen” dramaturq Ramiz Abdullayevin eyniadlı əsəri əsasında çəkiləcək. Ekran işində baş rolu xalq artisti Arif Quliyev ifa edəcək.

Geri qayıt