Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı teleaparıcı Berti Foqts haqda görün nələr dedi

Azərbaycanlı teleaparıcı Berti Foqts haqda görün nələr dedi


20-10-2014, 09:22
Azərbaycanlı teleaparıcı Berti Foqts haqda görün nələr dedi
Berti Foqtsun istefa verməsi və milli komandanın sükanı arxasına kimin gətiriləcəyi ölkə mediasını və gündəmi zəbt edən əsas mövzulardan biridir. Hər kəs bu mövzu haqqında fikir yürüdür və öz namizədlərini dilə gətirir.

Məşhur teleaparıcı-şoumen Murad Arif də bu mövzuya şərik çıxaraq fikirlərini Milli.Az ilə bölüşdü: "Təəssüf ki, milli futbolumuz və ölkə çempionatı ilə çox da maraqlanmıram. Uğursuzluqlarını eşitdikcə məyus olub, üzülürəm. Son illər "Qarabağ" klubunun uğurlu və inamlı çıxışlarını izləyib, qürur duyuram. Bu klubun məşqçisi Qurban Qurbanov da bizim oğlandır, yəni azərbaycanlıdır. Deməli, istəsək, özümüz yerli məşqçilər ilə yüksək nəticələr göstərə bilərik. Berti Foqtsa gəlincə... Onu deyim ki, bütün nöqsanları bir nəfərdə axtarmaq haqsızlıqdır. Bu 7 il ərzində həm millimiz qazandı, həm də Foqts. Biri çoxlu pul, digəri isə dünya səviyyəli alman məşqçi ilə işləmək təcrübəsi. Mən uğursuzluğun səbəbini mentalitetdə görürəm. Bizim xalqla alman xalqı arasında fərq böyükdür. Temperament, xarakter, nizam-intizam və s. fərqlər. Bizi Latın Amerikası ölkələrinin məşqçiləri daha yaxşı anlayarlar".

Daha sonra Murad Arif Foqtsun yerinə ən real namizəd kimi göstərilən Qurban Qurbanovdan da danışdı: "Bəli, bu posta ən yaxın namizəd Qurbanovdur. Bizim olmayan, bizdə alınmayan bir sahəyə heç olmasa bizi başa düşən biri gəlməlidir".

Geri qayıt