Əsas Səhifə > Şou-biznes > “Hamı bilir, onlar səhnəyə necə, hansı yollarla gəlib”

“Hamı bilir, onlar səhnəyə necə, hansı yollarla gəlib”


15-10-2014, 13:27
“Hamı bilir, onlar səhnəyə necə, hansı yollarla gəlib”
“Hər kəs bilir, adı müxtəlif qalmaqallarda hallanan, əyri işlərlə məşğul olan müğənnilər necə, hansı yollarla səhnəyə gəlib. Hər şey göz qabağındadır və buna hər hansı şərh verməyə də gərək yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Respublikasının xalq artisti Nazpəri Dostəliyeva gənc müğənnilərin adının müxtəlif qalmaqallarda, cinayət işlərində hallanmasından danışarkən belə deyib.

Xatırladaq ki, müğənni Elçin Hüseynova məxsus olduğu deyilən kafedə əxlaqsızlıq yuvasının aşkarlandığına dair məlumat yayılıb. Müğənni həmin kafenin ona deyil, qohumuna məxsus olduğunu desə də, rəsmi qurumlar bununla bağlı məsələyə hələki aydınlıq gətirməyib.

Xalq artisti Nazpəri Dostəliyeva hesab edir ki, bu məsələdə medianın xüsusi rolu var: “Əgər bu gün televiziyalar belə müğənniləri efirə buraxırsa, onların reklamına pul ayırırsa, saytlar, qəzetlər onlara “qucaq açırsa”, nəticə elə belə də olmalı idi. Bu məsələdə televiziyaların, saytların, qəzetlərin, jurnalistlərin böyük günahı var. Başqa nə deyə bilərəm? Biz hamımız bilirik, onlar kimdir, səhnəyə necə və hansı yollarla gəliblər. Onların sənətə aidiyyatı olmadığını da bilirik. Amma efirlərə baxırsan, bir dəqiqə belə efirdən düşmürlər. Əvvəl reklam edirik, sonra da deyirik, niyə belə edirlər?”.

Geri qayıt