Əsas Səhifə > Şou-biznes > Oksananın peşinə düşən Fatimə də Hindistanda yarışmaya qatılacaq

Oksananın peşinə düşən Fatimə də Hindistanda yarışmaya qatılacaq


13-10-2014, 09:49
Oksananın peşinə düşən Fatimə də Hindistanda yarışmaya qatılacaq
Fatimə Fətəliyeva “Starlife” da yeni planlarından danışıb.
Gecce.az xəbər verir ki, Fatimə sənəti ilə yanaşı, biznesə də zaman ayırmağı unutmur.
“Yenə köçhaköçdəyəm. Hər il yeni bir məkan açıram. İşlətdiyim məkanların hər biri ayrı-ayrı yerlərdə idi. İndi həm rəqs məktəbim, həm də nişan-toy mərasimi ilə bağlı dükanım bir ünvanda olacaq.”

Yol üstündə olan rəqqasə Hindistanda rəqs festivalına qatılacağını da müjdələyib.

“Üçüncü dəfədir ki, Hinsidtana yola düşəcəm. Orada 42 ölkədən iştirakçılar qatılacaq. Hər ölkə öz milli rəqslərini nümayiş etdirəcək. Mən də Azərbaycanın rəqslərini tanıtdıracam. “

Geri qayıt