Əsas Səhifə > Şou-biznes > Tanınmış prodüserin futbolçu oğlu debüt etdi

Tanınmış prodüserin futbolçu oğlu debüt etdi

29-09-2014, 08:53
Tanınmış prodüserin futbolçu oğlu debüt etdi
Prodüser Anar Mədətovun oğlu Mahir Mədətov futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edib.

Axşam.az-ın məlumatına görə, 17 yaşlı futbolçu “Bakı”nın heyətində ilk dəfə ölkə çempionatı matçına çıxıb.

“Araz Naxçıvan”la görüş 2:1 hesabı ilə “Bakı”nın xeyrinə başa çatıb. Mahir oyunun 66-cı dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, M.Mədətov həmçinin 19 yaşadək futbolçulardan ibarət milli komandamızın şərəfini qoruyur. O, bir müddət öncə Fransanın "Lans" klubunun əvəzedici heyətinin məşqlərinə də qatılmışdı.

Geri qayıt