Əsas Səhifə > Şou-biznes > "Hal-hazırda “City London University”də psixologiya üzrə təhsil alıram"

"Hal-hazırda “City London University”də psixologiya üzrə təhsil alıram"


20-09-2014, 11:10
"Hal-hazırda “City London University”də psixologiya üzrə təhsil alıram"
Xalq artisti Flora Kərimovanın qızından xəbər var. ANS-də yayımlanan "Adam içində" verilişinin qonağı olan Britaniya vətəndaşı Zümrüd Kərimova Bakıya qayıdıb.

Zümrüd Kərimova ANS PRESS-ə açıqlamasında Londonda təhsil aldığını deyib. "Hal-hazırda “City London University”də psixologiya üzrə təhsil alıram. Peşəkar mütəxəssis olmaq üçün doktorluq dərəcəsinə yiyələnmək niyyətindəyəm. Bunun üçün hazırda Londonda psixologiya sahəsi üzrə işləyirəm".

Bir müddət öncə həyat yoldaşından ayrılması ilə gündəmə gələn Z.Kərimova Azərbaycan üçün darıxsa da, təhsilinə görə Londonda yaşamaq niyyətində olduğunu deyib.

Onun sözlərinə görə, Londonda Azərbaycandakı səmimiyyət, qonaqpərvərlik yoxdur. "Oradakı insanlar çox quru, başqalarına qarşı laqeyddirlər. Amma orada yaşamağın da öz üstünlükləri var. Londonda insana daha böyük sərbəstlik verilir. Azərbaycanda da mənim doğmalarım, əzizlərim yaşayır və mən onlar üçün çox darıxıram”.

Geri qayıt