Əsas Səhifə > Şou-biznes > “Bir müğənni var, məclislərə öz mikrafonunu aparır"

“Bir müğənni var, məclislərə öz mikrafonunu aparır"


9-09-2014, 10:54
“Bir müğənni var, məclislərə öz mikrafonunu aparır"
Əməkdar artist Cavanşir Məmmədov gənc ifaçıların ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan müğənni onları oxuya bilməməkdə günahlandırıb:

“İndi oxumağı çox ucuzlaşdırıblar. Bu yaxınlarda məşhurlardan biri aşıq mahnısı ifa edirdi. Biabırçılıq idi. Mən redaktorun yerinə olsaydım, diski efirdə dayandırardım ki, xarab oldu. Sonra izah edərdim ki, get bunu sildir, oxuma. İndikilər hər janrda ifa etmək istəyir. Axı belə olmur. Gərək, hər şeyi mükəmməl edəsən. Müğənni olmaq istəyən bir neçə peşəkara müraciət etməlidir”.

C.Məmmədov həmkarlarını ədabaz adlandırıb:

“Bir müğənni var, məclislərə öz mikrafonunu aparır. Bu, ədabazlıqdır. Bilmirəm, yəqin, özü xəstədir. Müğənnilər arasında bu cür hallar çoxalıb. Görəsən, bunların axırı nə olacaq? Sadəlik gözəllikdir. Efirdə sadə danışırlar. Amma toylarda bir-birlərinə paxıllıq edirlər. Bu, nəyə lazımdır? Hərənin öz yeri, qiyməti var. Aldığı qonorar müğənninin klipinin sayını, səviyyəsini təyin etmir. Burada səsin olması, canlı oxumaq əsasdır”.

Geri qayıt