Əsas Səhifə > Şou-biznes > Nadir Qafarzadə yenə də yeni avtomobilindən danışıb

Nadir Qafarzadə yenə də yeni avtomobilindən danışıb


6-09-2014, 12:45
Nadir Qafarzadə yenə də yeni avtomobilindən danışıb
Müğənni Nadir Qafarzadə yeni avtomobilindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında oğlunun onun yeni maşınına göz dikdiyini deyib:

"İllərdir bu avtomobili arzulayırdım. Amma baha olduğuna görə almağa bir az çəkinirdim. Düşünürdüm ki, dəyərmi bu qədər pul verməyə? Həyat yoldaşım, prodüserim dedilər ki, niyə də almayasan? İllərdir bu sahədəsən, əziyyət çəkib qazanırsan. Ürəyin istəyəni halal zəhmətinlə edirsən. Əslində qiyməti elə də baha deyil. Hərə bir söz yazdı, biri dedi 10 min, biri dedi 180 min manatdır. Bu, köhnə modeldir, özü də istifadə olunub. Almaniyadan gətirtdim. Sürən adam o qədər səliqəli istifadə edib ki, görəndə təəccübləndim ki, bu, istifadə olunmuş maşındır? Sənət aləmində də haqqımda çox söz dedilər. Amma mən illərdir səhnədəyəm, əziyyətlə, qəpik-qəpik qazanmışam. Sən isə iki ildir müğənnisən, məndən yaxşı evdə yaşayır, bahalı maşında gəzirsən. Əcəb edib almışam. Avtomobilimə göz dikən də oldu. Oğlum çox bəyənib, görürəm ki, könlündən keçir. 19 yaşındadır, sürücülük vəsiqəsi də var. Maşın sürə bilir, amma mən ehtiyat edirəm, hələ tezdir".

Qeyd edək ki, sənətçi “Maserati” markalı avtomobili alıb.

Geri qayıt