Əsas Səhifə > Şou-biznes > “Nazpəri kimdir, kim olasıdır ki, ona cavab verim”

“Nazpəri kimdir, kim olasıdır ki, ona cavab verim”


28-08-2014, 14:32
“Nazpəri kimdir, kim olasıdır ki, ona cavab verim”
Xalq artisti İlhamə Quliyeva ilə həmkarı Nazpəri Dostəliyeva arasında qarşıdurma davam edir.

Bu dəfə sükutu Nazpəri Dostəliyeva pozub və İlhamənin bostanına daş ataraq, “Onun haqqında bildiklərimi söyləsəm, şoka düşərsiniz” deyərək, xalq artistini kəskin ittiham edib.

Editor.az Nazpəri Dostəliyevanın ittihamlarına cavab almaq üçün xalq artisti İlhamə Quliyevaya müraciət edib.

Portalımıza danışan xalq artisti “Nazpəri kimdir, kim olasıdır ki, ona cavab verim” deyərək, digər məsələlərlə bağlı mətbuat katibinə müraciət etməyi tövsiyə edib.

Xalq artistinin mətbuat katibi Alim Nəbioğlu bildirib ki, Nazpəri bu dəfə öz səviyyəsini ortaya qoyub: “İlhamə xanım sənəti adına ləkə gətirən heç bir hərəkətə yol verməyib. Nazpəri bu dəfə də ona şər atır. O, təkcə sənətkar deyil, həm də ictimai xadim olaraq ölkəmizin inkişafına öz tövhəsini verib”.

Geri qayıt