Əsas Səhifə > Şou-biznes > Günay yeni verilişinin çəkilişlərinə başladı

Günay yeni verilişinin çəkilişlərinə başladı


8-08-2014, 12:06
Günay yeni verilişinin çəkilişlərinə başladı
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva sentyabrdan “Kral TV”də yayımlanacaq verilişinin çəkilişlərinə başlayıb.

Axşam.az-ın məlumatına görə, model bunun üçün özünü müxbir kimi də sınayıb. O, tanınmış modelyer Çidəm Akından, Yıldırım Mayrukdan, Barbaros Sansaldan müsahibə götürüb.

Çəkiliş zamanı lentə alınan fotoları İnstaqram səhifəsində paylaşan G.Musayeva “Atam kimi sevdiyim və qızı kimi münasibət gördüyüm Yıldırım Mayruk nə yaxşı ki, sizi tanımışam. Barbaros Sanşalla yeni selfimiz – gülməli adam, səni çox istəyirəm. Yaxın dostum, gözəl libaslarımın müəllifi Çidəm Akından yeni verilişim üçün müsahibə aldım” sözlərini yazıb.

Qeyd edək ki, G.Musayeva əməkdaşımızla söhbətində “Burada böyük gözəllik müsabiqəsi təşkil edəcəm. Sentyabrın 11-də "Kral TV"-də canlı yayımlanacaq dünya səviyyəli, möhtəşəm şou olacaq. Noyabrda isə “Miss World” seçimləri keçiriləcək”, deyə bildirib.


Günay yeni verilişinin çəkilişlərinə başladı
Günay yeni verilişinin çəkilişlərinə başladı
Günay yeni verilişinin çəkilişlərinə başladı
Günay yeni verilişinin çəkilişlərinə başladı
Geri qayıt