Əsas Səhifə > Şou-biznes > Alim Qasımov: “Görünür, müğənnilər fil qulağında yatıblar”

Alim Qasımov: “Görünür, müğənnilər fil qulağında yatıblar”


6-08-2014, 12:31
Alim Qasımov: “Görünür, müğənnilər fil qulağında yatıblar”
“Cəbhədə gərginliyin artdığı, ölkəmizin şəhidlər verdiyi günlərdə telekanallar və şou əhlinin bayram ovqatına köklənməsi yolverilməzdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Respublikasının xalq artisti, görkəmli muğam ifaçısı Alim Qasımov söyləyib.

O, bildirib ki, görünür müğənnilər fil qulağında yatıblar: “İstənilən halda müğənni bəhanə edə bilməz ki, cəbhədəki gərginlikdən xəbəri yoxdur. Buna heç kim inanmaz. Əgər bu baş veribsə, lap biabırçılıq. Necə ola bilər ki, ölkə şəhidlər verə, vətənini sevdiyini deyən müğənninin bundan xəbəri olmaya. Bu absurddur. Hesab edirəm ki, nəinki şou əhli, telekanallar da şou verilişlərini yığışdırmalıdır. Bu bütövlükdə cəmiyyətə qarşı hörmətsizlikdir”.

Geri qayıt