Əsas Səhifə > Şou-biznes > İlhamə Quliyeva: “Elşad Xosenin başı ora qədər işləyir”

İlhamə Quliyeva: “Elşad Xosenin başı ora qədər işləyir”


5-08-2014, 12:37
İlhamə Quliyeva: “Elşad Xosenin başı ora qədər işləyir”
“Hər il televiziya kanallarında mənim ad günüm təmtəraqlı şəkildə qeyd edilir. Bu il də ad günümü qeyd etməklə bağlı təklif aldım. Ancaq imtina etdim. Belə bir həssas məqamda ad günü keçirmək mənə yaraşmaz”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyeva reper Elşad Xosenin şəhidləri təhqir etməsindən danışarkən belə deyib.

Onun sözlərinə görə, Elşad Xose səviyyəsiz adamdır: “Əvvəla, bu adam müğənni deyil, reperdir. Özü də çox aşağı səviyyəli bir adamdır. O kimdir ki, mən onun hansısa sayıqlamasına cavab verim. Görünür Elşad Xosenin başı ora qədər işləyir. Analarımız, bacılarımız göz yaşı tökür, bir səviyyəsiz reper isə şəhidlərin ruhunu təhqir edir. Görəsən heç utanırmı? Onlarda utanan sifət yoxdur. İnanmıram ki, utansın”.

Geri qayıt