Əsas Səhifə > Şou-biznes > 5 şəhid, “Space”də isə çal-çağır məclisi qurulub

5 şəhid, “Space”də isə çal-çağır məclisi qurulub


2-08-2014, 11:37
5 şəhid, “Space”də isə çal-çağır məclisi qurulub
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan ordusu 9, bu gün isə 5 hərbçisini şəhid verib.

DİA.AZ Axşam.az-a istinadən xəbər verir ki, belə bir vaxtda “Space” kanalının musiqili verilişlərin yayımına ara verməməsi tamaşaçıların etirazına səbəb olub.

Belə ki, telekanal hələ də öz efir proqramında dəyişiklik etməyib. Bu gün "Hər səhər" əyləncəli veriliş efirə gedib. Proqramda xalq artisti, kamança ifaçısı Abbasqulu Nəcəfzadənin ad günü qeyd olunub. Xalq artisti Teymur əmi, əməkdar artist Gülbahar Şükürlü, müğəni Səyyad Əlizadə, Ruhəngiz Musəvi və başqaları mahnılar ifa edərək səbəbkara ad günü təbriklərini çatdırıblar.


5 şəhid, “Space”də isə çal-çağır məclisi qurulub
5 şəhid, “Space”də isə çal-çağır məclisi qurulub
5 şəhid, “Space”də isə çal-çağır məclisi qurulub
5 şəhid, “Space”də isə çal-çağır məclisi qurulub
Geri qayıt